Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Tvit.az xəbər verir ki, martın 6-sı axşam saat 9 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.
Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb.
Eyvaz Bağırlı saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.