Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 1600 m² olan obyektin sahəsi 8 m² olan otağında taxta tullantıları və əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Tvit.az"a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Obyekt yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.