Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Lavrovun Bayramova yazdığı iddia edilən saxta məktubla bağlı RƏSMİ AÇIQLAMA
siyasət

Lavrovun Bayramova yazdığı iddia edilən saxta məktubla bağlı RƏSMİ AÇIQLAMA

13-01-2025 23:00 29 Views
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktubu siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir.

"Tvit.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin "Telegram" kanalında yazılıb.

"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış saxta məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.

 

Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır.

 

Xatırladaq ki, təyyarə qəzasının səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

Dekabrın 28-də Lavrov və Bayramov arasında telefon danışığı baş tutub və nazirlər Rusiya və Azərbaycan prezidentlərinin bu faciəli hadisənin hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyi barədə razılıqlarını təsdiq ediblər.

Saxta məlumatlara etibar etməməyi tövsiyə edirik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi materialları və bəyanatları, Lavrovun çıxışlarının stenoqramları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki hesablarında yerləşdirilir", - deyə Rusiya XİN bildirib.