Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi
turizm

Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi

08-10-2026 09:00 13 Views
IMG

Şamaxıda sürücülük vəsiqəsi almaqda kömək göstərmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Tvit.az-ın məlumatına görə, Şamaxı sakinini aldatmaqda təqsirləndirilən Sabirabad rayon sakini Xəqani Məmmədova (soyad şərtidir - red.) hökm oxunub.

 

Məhkəmənin hökmü ilə X.Məmmədova iki il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.

 

İttihama görə, Sabirabad rayonunun Cavad kənd sakini, 1982-ci il təvəllüdlü Xəqani Məmmədov Şamaxı rayonunun Quşçu kənd sakini İltizam Nəhmətovun sürücülük vəsiqəsi almaq istədiyini öyrənib ona yardım edəcəyini bildirib. O, özünü Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi təqdim edərək, Naxçıvandakı N saylı hərbi hissədə xidmət etdiyini bildirib.

 

Xəqani İltizam Nəhmətovu aldadaraq onun anasından 900 manat alıb və yaxın günlərdə İltizama sürücülük vəsiqəsini alacağını bildirib. Pulu alan Xəqani bir müddət telefonlara cavab versə də, sonradan telefonunu söndürüb, zənglərə cavab verməyib. Vətəndaşın şikayəti əsasında Xəqani Məmmədov Tovuz rayonu ərazisində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib.