Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında beşinci yarış gününün görüşləri baş tutacaq.
Tvit.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 üzvü qadınların -70 kiloqram və kişilərin -90 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaq.
Qadınların -70 kiloqram çəki dərəcəsində Südabə Ağayeva ilk görüşünü 1/32 final mərhələsində keçirəcək. Onun rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant olacaq.
Kişilərin -90 kiloqram çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Süleyman Şükürov isə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq.
Murad Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. Cüdoçumuz Yahor Varapayev (Belarus) - Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.