Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm ABŞ təsdiqlədi: Təyyarəni Rusiya HHM vurub!
turizm

ABŞ təsdiqlədi: Təyyarəni Rusiya HHM vurub!

27-12-2024 21:00 164 Views
IMG

Bəzi ilkin əlamətlər göstərir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər.

 

Tvit.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

“Biz bəzi ilkin əlamətlər müşahidə etdik ki, bunlar həmin təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulması ehtimalını göstərir. Bu hadisənin araşdırılması ilə bağlı Azərbaycan və Qazaxıstana kömək təklif etmişik,” – deyə Con Kirbi bildirib.