Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb
turizm

AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb

26-12-2024 20:00 164 Views
IMG

Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə iki göyərtə registratoru (qara qutu) aşkar ediblər.

 

Tvit.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

 

"Hadisə yerinə baxış zamanı iki registrator aşkar edilib .Onlar aviasiya qəzasının təhqiqat şöbəsinə təhvil veriləcək, daha sonra onlara tam baxış keçiriləcək", - deyə Ordabayev bildirib.