Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Britaniyalılar Çin avtomobillərinə üz tutur: Alıcıların yarısı bu markaları seçə bilər
OTHER

Britaniyalılar Çin avtomobillərinə üz tutur: Alıcıların yarısı bu markaları seçə bilər

28-08-2026 20:00 14 Views
IMG

Böyük Britaniyada Çin avtomobillərinə maraq sürətlə artır. Yeni araşdırmaya görə, britaniyalı sürücülərin 49%-i növbəti avtomobili kimi Çin markasını almağı düşünür.

 

Tvit.az xəbər verir ki, avtomobil alış-satış platforması Carwow-un sorğusuna əsasən, bu göstərici 2025-ci ilin ikinci yarısında 39%, 2026-cı ilin ilk yarısında isə 35% olub. 2023-cü ilin ilk yarısında isə cəmi 24% təşkil edib.

 

Çin avtomobillərinə maraq platformadakı aktivlikdə də özünü göstərib. 2026-cı ilin ilk 7 ayında bu markalarla bağlı sorğular ötən ilin eyni dövrü ilə müqayisədə 119% artıb.

 

Bundan əlavə, 2026-cı ilin ilk yarısında Çin avtomobil markaları Carwow istifadəçilərinin sorğularının 30%-ni təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 14% olub.

 

Aysel Şirinova