Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER WhatsApp-da şirkətlər üçün yeni ödəniş modeli tətbiq ediləcək
OTHER

WhatsApp-da şirkətlər üçün yeni ödəniş modeli tətbiq ediləcək

25-09-2026 23:00 7 Views
IMG

WhatsApp Biznes Platformasında 1 oktyabrdan etibarən orta və böyük şirkətlər üçün yeni mesajlaşma üzrə ödəniş modeli tətbiq ediləcək.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Meta-nın tərkibində fəaliyyət göstərən platformanın WhatsApp Biznes Platforması (API) xidməti üzrə tətbiq etdiyi yeni modelə əsasən, şirkətlər aylıq müəyyən edilmiş pulsuz mesaj kvotasını aşdıqdan sonra hər əlavə mesaj üçün ödəniş edəcəklər.

Yeni qaydalara əsasən, orta və böyük şirkətlərə ay ərzində 1000-ə qədər pulsuz mesaj göndərmək imkanı veriləcək. Limit aşıldıqdan sonra avtomatlaşdırılmış mesajlar, kütləvi bildirişlər və çatbotlar vasitəsilə göndərilən mesajlara görə ödəniş tutulacaq.

Şirkətlər 1000 mesajlıq limiti aşan hər əlavə mesaj üçün təxminən 0,018 dollar ödəyəcəklər.

Yeni qiymət modelinin fərdi istifadəçilərə təsiri olmayacaq. Şəxsi ünsiyyət üçün WhatsApp-dan istifadə edən şəxslər tətbiqdən əvvəlki kimi pulsuz yararlanacaqlar.

Məlumata görə, kiçik müəssisələr də yeni ödəniş modelindən azad ediləcək. Dəyişiklik əsasən yüksək həcmdə bildiriş və mesaj göndərən orta və böyük şirkətlərə şamil olunacaq.

 

Aysel Şirinova