Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Polşa, İtaliya və Danimarka Aİ-də miqrasiya siyasətinin əlaqələndirilməsini təklif edib
dünya

Polşa, İtaliya və Danimarka Aİ-də miqrasiya siyasətinin əlaqələndirilməsini təklif edib

16-10-2026 23:00 13 Views
IMG

Polşa, İtaliya və Danimarka Avropa İttifaqında (Aİ) miqrasiya siyasətinin daha sıx əlaqələndirilməsini və ölkələrin birtərəfli qərarlarının digər üzv dövlətlərə təsirinin nəzərə alınmasını təklif ediblər.


Tvt.az xəbər verir ki, üç ölkə Aİ sammitinin yekun sənədinə müvafiq dəyişikliklərin daxil edilməsini istəyib.
Təşəbbüs çərçivəsində üçüncü ölkə vətəndaşlarının Avropaya qeyri-qanuni girişini təşviq edən amillərin azaldılması, eləcə də milli qərarların sərhədlərarası təsirləri olduğu hallarda üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi təklif olunur.


Avropalı diplomatın sözlərinə görə, təşəbbüs İspaniya hökumətinə də mesaj vermək məqsədi daşıyır. Madrid lazımi sənədləri olmayan miqrantlar üçün amnistiya tətbiq etdiyinə görə tənqid olunur.