Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski Avropanı ukraynalı qaçqınların işğalı ilə hədələdi
dünya

Zelenski Avropanı ukraynalı qaçqınların işğalı ilə hədələdi

16-10-2026 21:00 17 Views
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin müharibədə məğlub olacağı təqdirdə Avropanın miqrasiya böhranı ilə üzləşə biləcəyini bildirib.


Tvit.az xəbər verir ki, Zelenski bu barədə Brüsseldə Avropa İttifaqının sammiti çərçivəsində danışıb.


“Bəs biz məğlub olsaq, onda nə baş verəcək? Nə qədər insan Avropaya gələcək? Bilmirəm. Avropaya 20 milyon ukraynalı gələcək. Bu, mənim üçün tamamilə aydındır”, – deyə o bildirib.


Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa may ayında təxminən 8 milyon Ukrayna vətəndaşının ölkə hüdudlarından kənarda yaşadığını açıqlayıb. Onun sözlərinə görə, xaricə köçmüş vətəndaşların geri qaytarılması Kiyev üçün əsas çağırışlardan biridir.