Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Səfir: Hindistan Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməyə hazırdır
siyasət

Səfir: Hindistan Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməyə hazırdır

16-10-2026 13:00 17 Views
IMG

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə vermək niyyətindədir.

 

Tvit.az xəbər verir ki, bu barədə o Prezident İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra "X" sosial şəbəkəsində bildirib.


"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməmi təqdim etmək mənim üçün şərəf idi. Hindistan və Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə vermək fürsətini səbirsizliklə gözləyirəm", - diplomat yazıb.