Böyük Britaniyada Çin avtomobillərinə maraq sürətlə artır. Yeni araşdırmaya görə, britaniyalı sürücülərin 49%-i növbəti avtomobili kimi Çin markasını almağı düşünür.
Tvit.az xəbər verir ki, avtomobil alış-satış platforması Carwow-un sorğusuna əsasən, bu göstərici 2025-ci ilin ikinci yarısında 39%, 2026-cı ilin ilk yarısında isə 35% olub. 2023-cü ilin ilk yarısında isə cəmi 24% təşkil edib.
Çin avtomobillərinə maraq platformadakı aktivlikdə də özünü göstərib. 2026-cı ilin ilk 7 ayında bu markalarla bağlı sorğular ötən ilin eyni dövrü ilə müqayisədə 119% artıb.
Bundan əlavə, 2026-cı ilin ilk yarısında Çin avtomobil markaları Carwow istifadəçilərinin sorğularının 30%-ni təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 14% olub.
Aysel Şirinova