Gürcüstan seçki pozuntuları və ölkənin hazırkı xarici siyasətini saxlaması səbəbindən “nəticələr”lə üzləşəcək.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
“Biz bu il daim Gürcüstan hökumətini antidemokratik hərəkətlərini dayandırmağa və Avro-Atlantik yola qayıtmağa çağırmışıq. Əgər Gürcüstan hökumətinin istiqaməti dəyişməsə, gələcək nəticələri istisna etmirik”, - deyə o bildirib.
Miller əlavə edib ki, ABŞ Gürcüstanda keçirilən parlament seçkilərində qanun pozuntuları ilə bağlı məlumatların tam araşdırılması çağırışına qoşulur.
Aysel Şirinova