Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya ABŞ Gürcüstanı Tbilisinin indiki siyasətinin nəticələri ilə hədələyib
dünya

ABŞ Gürcüstanı Tbilisinin indiki siyasətinin nəticələri ilə hədələyib

28-10-2024 23:00 52 Views
IMG

Gürcüstan seçki pozuntuları və ölkənin hazırkı xarici siyasətini saxlaması səbəbindən “nəticələr”lə üzləşəcək.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

“Biz bu il daim Gürcüstan hökumətini antidemokratik hərəkətlərini dayandırmağa və Avro-Atlantik yola qayıtmağa çağırmışıq. Əgər Gürcüstan hökumətinin istiqaməti dəyişməsə, gələcək nəticələri istisna etmirik”, - deyə o bildirib.

Miller əlavə edib ki, ABŞ Gürcüstanda keçirilən parlament seçkilərində qanun pozuntuları ilə bağlı məlumatların tam araşdırılması çağırışına qoşulur.

Aysel Şirinova