Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ və Qətər Berlində İran məsələsini müzakirə edib
dünya

ABŞ və Qətər Berlində İran məsələsini müzakirə edib

20-11-2026 23:00 8 Baxış
IMG

ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Berlində Qətərin yüksəkvəzifəli nümayəndələri ilə görüşərək ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri müzakirə ediblər.

Tvit.az-ın məlumatına görə, bu barədə “Axios” mənbələrə istinadən xəbər yayıb.

Görüşdə Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani və onun elçisi Əli əl-Təvadi də iştirak ediblər.

Bildirilir ki, Vaşinqtonla Tehran arasında əsas vasitəçilərdən biri olan Qətər bir neçə həftədir danışıqların bərpasına və yekun sülh sazişinin əldə olunmasına nail olmaq üçün səylər göstərir.