Suriyanın Homs və Deyr əz-Zor əyalətlərində ABŞ qüvvələrinin yerləşdiyi Tenef və Ömər Neft Yatağı hərbi bazalarına mənşəyi məlum olmayan kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hücumdan sonra baza bölgəsində siren səsləri eşidilib, ABŞ döyüş təyyarələri bölgə səmasında uçuşlar həyata keçirib.
Hər iki bazada itki olub-olmadığı məlum deyil.
Elmin Alışov