Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya ABŞ-ın Suriyadakı bazalarına hücum edildi
dünya

ABŞ-ın Suriyadakı bazalarına hücum edildi

28-10-2024 09:00 47 Views
IMG

Suriyanın Homs və Deyr əz-Zor əyalətlərində ABŞ qüvvələrinin yerləşdiyi Tenef və Ömər Neft Yatağı hərbi bazalarına mənşəyi məlum olmayan kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

 

Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Hücumdan sonra baza bölgəsində siren səsləri eşidilib, ABŞ döyüş təyyarələri bölgə səmasında uçuşlar həyata keçirib.


Hər iki bazada itki olub-olmadığı məlum deyil.


Elmin Alışov