Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran prezidenti: ABŞ-ın birtərəfli siyasəti bir çox ölkələr üçün arzuolunmazdır
dünya

İran prezidenti: ABŞ-ın birtərəfli siyasəti bir çox ölkələr üçün arzuolunmazdır

25-10-2024 17:00 55 Baxış
IMG

İran prezidenti Məsud Pezeşkian Rusiyadan qayıtdıqdan sonra deyib ki, ABŞ-nin birtərəfli siyasəti bir çox ölkələr üçün arzuolunmazdır.


Tvit.Az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.


Onun sözlərinə görə, BRİCS sammitinin nailiyyətlərinin gerçəkləşməsi ilə ABŞ-nin və bu təxribatda əlbir olan ölkələrin planları boşa çıxacaq. 


“BRİKS öz toplantıları ilə öz gücünü dünyaya nümayiş etdirir. Müxtəlif ölkələr İranın beynəlxalq aləmdəki mövqeyindən razı qaldılar”, - deyə, Pezeşkian vurğulayıb.


Elmin Alışov