İran prezidenti Məsud Pezeşkian Rusiyadan qayıtdıqdan sonra deyib ki, ABŞ-nin birtərəfli siyasəti bir çox ölkələr üçün arzuolunmazdır.
Tvit.Az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.
Onun sözlərinə görə, BRİCS sammitinin nailiyyətlərinin gerçəkləşməsi ilə ABŞ-nin və bu təxribatda əlbir olan ölkələrin planları boşa çıxacaq.
“BRİKS öz toplantıları ilə öz gücünü dünyaya nümayiş etdirir. Müxtəlif ölkələr İranın beynəlxalq aləmdəki mövqeyindən razı qaldılar”, - deyə, Pezeşkian vurğulayıb.
Elmin Alışov