Ukraynanın “Supernova Airlines” aviaşirkətinə 2022-ci ildən bəri ilk dəfə olaraq Avropaya uçuş icazəsi verilib.
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Aviasiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, söhbət Kiyev və Lvovdan Praqaya və geriyə yük aviareyslərindən gedir. Daşıyıcının hər istiqamətə həftədə yeddi uçuş həyata keçirəcəyi bildirilib.
Bildirilib ki, səlahiyyətlilər hava məkanından istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra şirkət daşımaları həyata keçirməyə başlayacaq.
Aysel Şirinova