Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Ukraynaya 2022-ci ildən bəri ilk dəfə olaraq Avropaya uçmağa icazə verilib
dünya

Ukraynaya 2022-ci ildən bəri ilk dəfə olaraq Avropaya uçmağa icazə verilib

22-10-2024 21:00 9 Views
IMG

Ukraynanın “Supernova Airlines” aviaşirkətinə 2022-ci ildən bəri ilk dəfə olaraq Avropaya uçuş icazəsi verilib.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Aviasiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, söhbət Kiyev və Lvovdan Praqaya və geriyə yük aviareyslərindən gedir. Daşıyıcının hər istiqamətə həftədə yeddi uçuş həyata keçirəcəyi bildirilib.

Bildirilib ki, səlahiyyətlilər hava məkanından istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra şirkət daşımaları həyata keçirməyə başlayacaq. 

Aysel Şirinova