Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” səhifəsində Moskvanın Kiyevin “nüvə şantajına ” reaksiyasını açıqlayıb.
Tvit.az xəbər verir ki, o, cavabın Rusiya Federasiyası ilə KXDR arasında hərtərəfli və strateji tərəfdaşlıq haqqında müqavilə olduğunu vurğulayıb.
Siyasətçi sənəddə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq tərəflərdən birinə bütün mümkün vasitələrlə hücum edildiyi halda qarşılıqlı hərbi yardımın göstərilməsinə dair xüsusi maddənin olmasını xatırladıb.
Aysel Şirinova