Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Medvedev Moskvanın Kiyevin “nüvə şantajına” cavabını açıqlayıb
dünya

Medvedev Moskvanın Kiyevin “nüvə şantajına” cavabını açıqlayıb

18-10-2024 22:00 69 Views
IMG

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” səhifəsində Moskvanın Kiyevin “nüvə şantajına ” reaksiyasını açıqlayıb.

Tvit.az xəbər verir ki, o, cavabın Rusiya Federasiyası ilə KXDR arasında hərtərəfli və strateji tərəfdaşlıq haqqında müqavilə olduğunu vurğulayıb.

Siyasətçi sənəddə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq tərəflərdən birinə bütün mümkün vasitələrlə hücum edildiyi halda qarşılıqlı hərbi yardımın göstərilməsinə dair xüsusi maddənin olmasını xatırladıb.

Aysel Şirinova