Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Paşinyan: "Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycanla sülh sazişi imzalanacaq"
sosial

Paşinyan: "Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycanla sülh sazişi imzalanacaq"

23-11-2026 10:00 13 Baxış
IMG

"Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycan ilə sülh sazişi imzalanacaq".

 

Tvit.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan vətəndaşlara müraciətində deyib.

 

O qeyd edib ki, özünün bütün mənəvi, siyasi və insani etibarlılığını bu məsələyə sərf edir. N.Paşinyan vəd verib ki, yeni konstitusiyanın qəbulu ilə təkcə sülh sazişi imzalanıb ratifikasiya olunmayacaq, eyni zamanda institusional sülh də təmin ediləcək.

 

Paşinyan bir daha təkrarlayıb ki, əgər vətəndaşlar referendumda yeni konstitusiyanın əleyhinə səs versələr, o zaman istefaya gedəcək, əgər onu dəstəkləsələr, bu halda növbəti seçkidə baş nazir postuna namizədliyini irəli sürməyəcək.