Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tatarıstanda neft stansiyasına yenidən PUA hücumu olub, yanğın başlayıb
dünya

Tatarıstanda neft stansiyasına yenidən PUA hücumu olub, yanğın başlayıb

23-11-2026 10:00 10 Baxış
IMG

 Tatarıstan Respublikasında yerləşən “Kaleykino” neft nəqli stansiyası bir həftə ərzində ikinci dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

 

Məlumata görə, Almetyevsk şəhəri yaxınlığındakı stansiyanın neft çənlərinə zərbələr endirilib. Tatarıstan hakimiyyəti hücum faktını təsdiqləyərək bir neçə obyektə ziyan dəydiyini bildirib.

Bildirilib ki, hücumdan sonra stansiyanın ərazisində yanğın başlayıb. 

Qeyd edək ki, noyabrın 19-da da “Kaleykino” stansiyasına PUA hücumu olub.

Ukrayna sərhədindən təxminən 1300 kilometr məsafədə yerləşən stansiya “Drujba” neft kəmərinin mühüm qovşaqlarından biridir. Buradan Tatarıstan, Qərbi Sibir və Başqırdıstandan gələn neft Rusiyanın neft emalı zavodlarına, eləcə də xarici ölkələrə göndərilir.