Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya bu gecə Ukraynaya ballistik raketlərlə hücum ETDİ - FOTO
dünya

Rusiya bu gecə Ukraynaya ballistik raketlərlə hücum ETDİ - FOTO

17-11-2026 12:00 56 Baxış
IMG

Rusiya Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

 

Belə ki, noyabrın 17-nə keçən gecə həyata keçirilən hücum nəticəsində Şimal və Cənub körpüləri vurulub, hər iki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. İlkin məlumatlara görə, Şimal körpüsünə üç, Cənub körpüsünə isə bir ballistik raket atılıb.

 

Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına əsasən, Cənub körpüsündə metropolitenin yerüstü infrastrukturu zədələnib. Stansiyalar arasında hərəkət dayandırılıb.

 

Paytaxtın kritik infrastrukturuna da ziyan dəyib, şəhərin bəzi ərazilərində su və istilik təchizatında fasilələr yaranıb.

 

Qeyd edək ki, Rusiya ordusunun hücumu Krım körpüsünün qismən dağıdılmasından sonra baş verib. Zərbələrin həmin hadisəyə cavab olaraq endirildiyi iddia olunur.

 

Aysel Şirinova