İngiltərənin "Arsenal" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzatmaq istəyir.
Tvit.az ESPN-ə istinadən xəbər verir ki, "topçular" qapıçı David Raya və müdafiəçi Pyero İnkapye ilə danışıqlar aparır.
Tərəflər yeni razılaşmaları yekunlaşdırmaq üzrədirlər.
31 yaşlı Rayanın hazırkı sözləşməsi 2028-ci ilin, 24 yaşlı İnkapyenin isə 2031-ci ilin yayınadək qüvvədədir.
Xatırladaq ki, ispaniyalı qolkiper 2023-cü ildən London təmsilçisində çıxış edir. İnkapye isə 2025-ci ildən "Arsenal"dadır.