Kuril adalarında 4,2 bal gücündə zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 2400 nəfərin yaşadığı Severo-Kurilsk şəhərindən 190 kilometr cənub-şərqdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Elmin Alışov