Türkiyə və Səudiyyə Ərəbistanı hərbi sənaye sahəsində əməkdaşlığı yeni mərhələyə çıxarmaq, birgə layihələr və istehsal imkanlarını inkişaf etdirmək niyyətindədir.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün İstanbulda keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı Müdafiə Sənayesi Günlərində bildirib.
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesi sektorunda ümumi dəyəri təxminən 120 milyard dollar olan 1 400-dən çox layihə mövcuddur. Sektorda 4 500-ə yaxın kiçik və orta müəssisə fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanı isə “Vision 2030” proqramı çərçivəsində yerli müdafiə istehsalının payını 2030-cu ilədək hazırkı 27 faizdən 50 faizə çatdırmağı hədəfləyir.
Tərəflər birgə istehsal, texnologiya transferi, ixtisaslaşmış mərkəzlərin yaradılması və təchizat zəncirlərinin gücləndirilməsi məsələlərini müzakirə edirlər. Bildirilib ki, son 3,5 il ərzində Türkiyə və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi əməkdaşlığı ilə bağlı 75 görüş keçirilib.
Aysel