Finlandiya noyabrın 16-dan etibarən Rusiya vətəndaşlarının qısamüddətli vizalarla (90 günədək) ölkəyə girişinə dair məhdudiyyətləri sərtləşdirəcək.
Bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, təhsil və iş kimi zəruri hesab edilməyən məqsədlərlə ölkəyə səfərlər təhlükəsizlik təhdidi kimi qiymətləndiriləcək. Yeni məhdudiyyətlər peşəkar idman sahəsində fəaliyyət də daxil olmaqla, qısamüddətli iş səfərlərini də əhatə edəcək.
Qeyd olunub ki, viza verilməsindən imtina və ölkəyə giriş qadağası ilə bağlı qərarlar müraciətçinin hansı ölkədən gəlməsindən asılı olmayaraq, Rusiya vətəndaşlarına şamil ediləcək.