Pakistan və Əfqanıstan sərhədində baş verən toqquşmalar nəticəsində azı 1 Pakistan vətəndaşı həlak olub, 5 nəfər isə yaralanıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə ötən gecə Pakistanın Cənubi Vəziristan sərhəd bölgəsində baş verib. Yerli polis rəisi bildirib ki, Əfqanıstan Taliban qüvvələri minaatan və artilleriya atəşi açıb. Mərmilərdən bəziləri yaşayış məntəqələrinə, o cümlədən bazar ərazisinə düşüb.
Yaralılar regional xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Elmin Alışov