Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Pakistan-Əfqanıstan sərhədində gərginlik: Ölən və yaralananlar var
dünya

Pakistan-Əfqanıstan sərhədində gərginlik: Ölən və yaralananlar var

28-10-2026 14:00 22 Views
IMG

Pakistan və Əfqanıstan sərhədində baş verən toqquşmalar nəticəsində azı 1 Pakistan vətəndaşı həlak olub, 5 nəfər isə yaralanıb.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Məlumata görə, hadisə ötən gecə Pakistanın Cənubi Vəziristan sərhəd bölgəsində baş verib. Yerli polis rəisi bildirib ki, Əfqanıstan Taliban qüvvələri minaatan və artilleriya atəşi açıb. Mərmilərdən bəziləri yaşayış məntəqələrinə, o cümlədən bazar ərazisinə düşüb.


Yaralılar regional xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.


Elmin Alışov