Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyə Misirlə dəniz sərhədlərinə dair saziş imzalamağa hazırdır
dünya

Türkiyə Misirlə dəniz sərhədlərinə dair saziş imzalamağa hazırdır

28-10-2026 15:00 9 Baxış
IMG

Türkiyə Misirlə qarşılıqlı maraqlar əsasında dəniz yurisdiksiya zonalarının delimitasiyasına dair saziş imzalamağa hazır olduğunu bəyan edib.

 

 

Tvit.az Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata istinadla bildirir ki, belə bir sazişin imzalanacağı təqdirdə Misir Yunanıstanla mümkün razılaşma ilə müqayisədə 15 min kvadratkilometrdən çox əlavə dəniz sahəsi əldə edə bilər.

 

Nazirlik, həmçinin Liviya Nümayəndələr Palatasının 20 oktyabr 2026-cı il tarixində Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış dəniz yurisdiksiya zonalarının delimitasiyasına dair memorandumu təsdiqləməsini müsbət qarşılayıb.

 

Bildirilib ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq Şərqi Aralıq dənizində öz hüquq və maraqlarını qorumağa davam edəcək.