Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
idman

İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər

28-10-2026 12:00 18 Baxış
IMG

İspaniya Superkubokunun gələcək illərdə Azərbaycanda təşkili mümkün variantlardan biridir.

 

Tvit.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde açıqlamasında danışıb.

 

Onun sözlərinə görə, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kubokunun keçirilməsi ilə əlaqədar İspaniya Superkuboku üçün alternativ ev sahibi axtarılıb. Bu prosesdə Azərbaycan, ABŞ, Çin, Mərakeş və Qətər də daxil olmaqla bir sıra ölkələrdən təkliflər alınıb.

 

Lalinde yarışa beynəlxalq marağın yüksək olduğunu vurğulayıb və Superkubokun təşkilindən əldə olunan gəlirlərin artırılması üçün imkanların mövcudluğunu qeyd edib.

 

Qeyd edək ki, 2027-ci il İspaniya Superkuboku İstanbulda keçiriləcək. Turnirin yarımfinal oyunları fevralın 2-də və 3-də, final qarşılaşması isə fevralın 6-da baş tutacaq.