Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranla gələcəkdə əldə olunacaq istənilən razılaşmada zədələnmiş nüvə obyektlərinə çıxışın və həmin obyektlərdə yoxlamaların aparılmasının nəzərdə tutulmasını tələb edir.
Bu barədə BMT Təhlükəsizlik Şurasında Çinin nümayəndəsi bildirib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələri agentliyi yoxlamalar aparmaq imkanından məhrum edib.
Çinli nümayəndə, həmçinin ABŞ-nin nüvə sazişindən çıxmasını və Avropa üçlüyünün öhdəliklərini yerinə yetirməməsini tənqid edib.
MAQATE-nin Rəhbərlər Şurasının İranın nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasına çıxarılması ilə bağlı qətnamə qəbul etməsi fonunda Rusiya və Çin bu məsələ üzrə iclasın keçirilməsinə qarşı çıxıblar.