Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Flitvud"a məğlub olaraq turnirlə vidalaşıb.
Tvit.az xəbər verir ki, "Flitvud"un meydanında keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri 5:3 hesabı ilə qalib gəliblər.
Matçda hesabı 21-ci dəqiqədə "Flitvud"un ingiltərəli hücumçusu Aaron Lupalou-Bi açıb. "Arsenal"ın isveçli forvardı Viktor Dyökeres isə 50-ci dəqiqədə tarazlığı bərpa edib.
Beləliklə, İngiltərə futbolunun dördüncü divizionunda çıxış edən "Flitvud" turnirin 1/4 finalına yüksəlib. Komandanın növbəti rəqibi püşkatmadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Arsenal" İngiltərənin hazırkı çempionudur.