Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər BYD Dynasty seriyasının 10 milyonuncu avtomobili istehsal olunub
digər

BYD Dynasty seriyasının 10 milyonuncu avtomobili istehsal olunub

01-10-2026 23:00 21 Baxış
IMG

Çinin avtomobil istehsalçısı BYD Dynasty seriyasının 10 milyonuncu avtomobilini istehsal xəttindən çıxarıb.

 

Tvit.az Çin mediasına istinadən xəbər verir ki, Şençjendə yerləşən şirkət bu mərhələyə Dynasty seriyasının ilk modelinin təqdimatından 13 il sonra çatıb. 10 milyonuncu avtomobil Çində Da Han flaqman sedanı kimi istehsal olunub.

 

BYD Dynasty seriyası şirkətin Çin imperatorlarının hakim sülalələrinin adını daşıyan hibrid və tam elektrik avtomobillərindən ibarət əsas model xəttidir.

 

Seriyanın ilk modeli 2013-cü ilin avqustunda BYD Qin adı ilə Çin bazarına təqdim edilib. Model DM plug-in hibrid sistemi ilə təchiz olunub və 82 kilometr NEDC (WLTP üzrə 70 kilometr) yürüş məsafəsi təmin edən 13 kVt/saat tutumlu LFP batareyaya malik olub.

 

Aysel Şirinova