Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes Rusiya azərbaycanlı müğənninin saxlanılması ilə bağlı nota göndərdi
şou-biznes

Rusiya azərbaycanlı müğənninin saxlanılması ilə bağlı nota göndərdi

15-10-2026 19:00 17 Baxış
IMG

Rusiyanın Almatı şəhərindəki Baş Konsulluğu Azərbaycan əsilli tanınmış reper NAVAI (Nəvai Bəkirov)-nin saxlanılması ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərib.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Baş Konsulluğundan “Sputnik Qazaxıstan”a məlumat verilib.


Bildirilib ki, notada baş verənlərlə bağlı rəsmi açıqlama verilməsi xahiş olunur.

 

Qeyd edək ki, müğənni daha əvvəl Qazaxıstanın cənubundakı sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun avtomobilində qadağan olunmuş maddə aşkarlanıb.

Faktla bağlı narkotik vasitələrin mümkün qaçaqmalçılığı və qanunsuz saxlanılması üzrə iki cinayət işi araşdırılır.

NAVAI barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.