Ermənistan 2027-ci ildə dövlət büdcəsinin 11 faizini dövlət borcunun ödənilməsinə yönəldəcək.
Tvit.az-ın məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Ovanes Ovanisyan bildirib.
Onun sözlərinə görə, qarşıdakı illərdə Ermənistanın dövlət borcunun ÜDM-ə nisbətinin 50 faizdən aşağı səviyyədə saxlanılması planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ildə bu göstərici ÜDM-in 47,2 faizini təşkil edib ki, bu da 14 milyard dollardan çoxdur. 2026-cı il üzrə büdcə kəsirinin isə 3,4 faiz olacağı gözlənilir.