Bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Rask bölgəsində Cekiqur sərhəd alayının əməkdaşlarının olduğu avtomobilə silahlı hücum edilib.
Tvit.az bu barədə İran mediasıba istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, daha 2 şəxs isə ağır yaralanıb.
Şahidlər hücuma məruz qalan avtomobildəki şəxslərin Cekiqur sərhəd alayının mülki geyimli əməkdaşları olduğunu bildiriblər. Bununla belə, SEPAH-a bağlı media orqanları avtomobildəki şəxslərin Rimdan sərhədində fəaliyyət göstərən sürücülər olduğunu yazıb.
Elmin Alışov