Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İranda sərhədçilərin olduğu avtomobil gülləbaran edildi: Ölən və yaralananlar var
dünya

İranda sərhədçilərin olduğu avtomobil gülləbaran edildi: Ölən və yaralananlar var

06-10-2026 12:00 8 Просмотров
IMG

Bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Rask bölgəsində Cekiqur sərhəd alayının əməkdaşlarının olduğu avtomobilə silahlı hücum edilib.


Tvit.az bu barədə İran mediasıba istinadən xəbər verir.


Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, daha 2 şəxs isə ağır yaralanıb. 


Şahidlər hücuma məruz qalan avtomobildəki şəxslərin Cekiqur sərhəd alayının mülki geyimli əməkdaşları olduğunu bildiriblər. Bununla belə, SEPAH-a bağlı media orqanları avtomobildəki şəxslərin Rimdan sərhədində fəaliyyət göstərən sürücülər olduğunu yazıb. 


Elmin Alışov