Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Norberto Neto karyerasını yenidən "Yuventus"da davam etdirəcək
idman

Norberto Neto karyerasını yenidən "Yuventus"da davam etdirəcək

28-09-2026 19:00 15 Baxış
IMG

Braziliyalı qapıçı Norberto Neto karyerasını yenidən İtaliya təmsilçisi "Yuventus"da davam etdirəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayb.

 

37 yaşlı qolkiper "ağ-qaralar"la 2027-ci ilin yayındaək müqavilə imzalayıb.

 

Neto daha əvvəl də "qoca sinyora"nın formasını geyinib. O, 2015–2017-ci illərdə komandanın heyətində çıxış edib və iki mövsüm ərzində 22 matça çıxıb.

 

Neto "Yuventus"dakı ilk dönəmində 2 dəfə A Seriyasının, 2 dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Superkubokunun qalibi olub.

 

Turin klubundan ayrıldıqdan sonra braziliyalı qapıçı karyerasını İspaniya və İngiltərədə davam etdirib. O, 5 il ərzində "Valensiya" və "Barselona", daha sonra isə 3 mövsüm "Bornmut" və "Arsenal"da forma geyinib.