Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsi İranda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnaməni 76 lehinə, 27 əleyhinə və 64 bitərəf səslə qəbul edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qətnamədə İranda insan hüquqlarının vəziyyəti, eləcə də vətəndaşların fundamental hüquq və azadlıqlarının pozulması halları əks olunub.
Qətnamənin qəbulu İranla bağlı insan hüquqları məsələsinin BMT çərçivəsində yenidən müzakirə mövzusuna çevrildiyini göstərir.
Elmin Alışov