Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Putin üçtərəfli görüşdə nüvə məsələsini müzakirə edib - AÇIQLADI
dünya

Putin üçtərəfli görüşdə nüvə məsələsini müzakirə edib - AÇIQLADI

19-11-2026 17:00 10 Baxış
IMG

Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli sammitində nüvə silahının yayılmaması məsələsi müzakirə olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin görüşün yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

“Təhlükəsizlik məsələlərini geniş mənada, o cümlədən kütləvi qırğın silahlarının və nüvə silahının yayılmasının qarşısının alınmasını müzakirə etdik”, – Putin deyib.

Rusiya Prezidenti qeyd edib ki, görüşdə gəmiçiliyin azadlığı ilə bağlı bəzi problemlərə də toxunulub.

“Biz beynəlxalq dəniz hüququnun bütün normalarına riayət olunmasını dəstəkləyirik”, – deyə Putin vurğulayıb.