Norveç Rusiya ilə münasibətlərin potensial pisləşməsi fonunda Arktika regionunda hərbi mövcudluğunu artırmağa başlayıb.
"Tvit.az" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Oslo şimal cinahını qorumaq üçün hərbi-dəniz və kəşfiyyat imkanlarını təcili şəkildə gücləndirir, Şpitsbergendəki yerli hakimiyyət orqanları isə kritik infrastruktura sərmayə yatırır və hətta təxliyə planı hazırlayıb", – materialda qeyd olunur.
Xatırladaq ki, avqustun 21-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Arktika zonasının inkişafı strategiyasını və regionda milli təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib. Eyni zamanda Ukraynanın "Naftoqaz" şirkəti Krımdakı aktivlərinə görə Rusiyadan 4,22 milyard dollar təzminat tələb edir. Şirkətin müraciəti ilə Norveç məhkəməsi Rusiyaya məxsus "Professor Molçanov" gəmisini Şpitsbergendə saxlatdırıb. Buna cavab olaraq gəminin operatoru olan Rusiyanın "Arktikuqol" dövlət tresti həbs qərarının qanunsuz olduğunu bildirib və gəminin azad edilməsi üçün Norveçə qarşı iddia qaldırıb.
Aysel Şirinova