Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bolqarıstanda dövlət qurumlarını hədəf alan kiberhücum: 62 milyon səhifədən çox sənəd ələ keçirildi
dünya

Bolqarıstanda dövlət qurumlarını hədəf alan kiberhücum: 62 milyon səhifədən çox sənəd ələ keçirildi

19-11-2026 13:00 10 Baxış
IMG

Bolqarıstan dövlət qurumlarının informasiya sistemlərinə beş il ərzində edilən kiberhücumlar nəticəsində 62 milyon səhifədən çox sənədin oğurlandığı bildirilir.


Tvit.az xəbər verir ki, bunu Bolqarıstan innovasiya və rəqəmsal transformasiya naziri İvan Vasilev deyib.


Vasilev bildirib ki, çoxsaylı beynəlxalq haker qrupları 2021-ci ildən bəri dövlət qurumları tərəfindən sənəd mübadiləsi üçün istifadə edilən sistemlərə gizli giriş əldə edib və dövlətin fəaliyyəti ilə bağlı məxfi məlumatlar toplayıblar.


Vasilev hücum edənlərin ən azı 130 giqabayt və ya 62 milyon səhifədən çox dövlət sənədini ələ keçirdiyini bildirib, lakin qeyd edib ki, indiyə qədər Bolqarıstan vətəndaşlarına məxsus şəxsi məlumatların oğurlanması ilə bağlı heç bir dəlil yoxdur.


Elmin Alışov