Norveç Rusiya ilə münasibətlərin potensial pisləşməsi fonunda Arktika regionunda hərbi mövcudluğunu artırmağa başlayıb.
"Tvit.az" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Oslo şimal cinahını qorumaq üçün hərbi-dəniz və kəşfiyyat imkanlarını təcili şəkildə gücləndirir, Şpitsbergendəki yerli hakimiyyət orqanları isə kritik infrastruktura sərmayə yatırır və hətta təxliyə planı hazırlayıb", – materialda qeyd olunur.
Xatırladaq ki, avqustun 21-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Arktika zonasının inkişafı strategiyasını və regionda milli təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.