Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Norveç Rusiyaya görə Arktikada hərbi varlığını gücləndirir – Politico
dünya

Norveç Rusiyaya görə Arktikada hərbi varlığını gücləndirir – Politico

28-09-2026 11:00 13 Views
IMG

Norveç Rusiya ilə münasibətlərin potensial pisləşməsi fonunda Arktika regionunda hərbi mövcudluğunu artırmağa başlayıb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

 

"Oslo şimal cinahını qorumaq üçün hərbi-dəniz və kəşfiyyat imkanlarını təcili şəkildə gücləndirir, Şpitsbergendəki yerli hakimiyyət orqanları isə kritik infrastruktura sərmayə yatırır və hətta təxliyə planı hazırlayıb", – materialda qeyd olunur.

 

Xatırladaq ki, avqustun 21-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Arktika zonasının inkişafı strategiyasını və regionda milli təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.