Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şəfa" heyətin əsas üzvlərindən biri ilə yolları ayıracaq. Söhbət komandanın yarımmüdafiəçisi Emin Zamanovdan gedir.
Tvit.az İdmanxeber.az-a istinadla xəbər verir ki, E.Zamanov paytaxt təmsilçisindən ayrılsa da, növbəti mövsüm Premyer Liqada oynaya bilər.
Belə ki, onun xidmətində "Şamaxı" klubu maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Şəfa" ilə Azərbaycan I Liqasının qalibi olub. O, 2022-23-cü illərdə "Şamaxı"nın formasını geyinib.